20 Sentyabr 2024 07:35

Bu qatarın hərəkət qrafiki dəyişir

Azadsöz.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları “QSC (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.

Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Belə ki, sentyabrın 16-dan qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək və saat 21:47-də (əvvəl 23:27-də) paytaxta çatacaq.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,- məlumatda qeyd edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com