Azadsöz.az xəbər verir ki, rayonunun Buzluq kəndində 5 otaqlı evdə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Goranboy Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, ümumi sahəsi 210 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.