20 Sentyabr 2024 11:06

Ağcabədidə narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldı

Azadsöz.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrih qanunsuz dövriyyəsində şübhəli bilinən Mirağa Süleymanov saxlanılıb.

DİN-dən  bildirilib ki, həmin şəxs marixuananı tanışı Bəhruz Məmmədovdan aldığını bildirib. Davam etdirilən tədbirlərlə B.Məmmədov da saxlanılıb. Onun yaşadığı ünvandan çətənə bitkiləri və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com