22 Noyabr 2024 12:03

MSK beş şikayəti araşdırır

Azadsöz.az xəbər verir ki, hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) beş şikayət araşdırılır.

Bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq:

“Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə Seçki Məcəlləsinin tələbinə uyğun addım ata bilərik”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

İstanbul trv istanbul travestileri