Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Ərəbcəbirli kənd sakini, I Qarabağ müharibəsində şəhid olmuş İsmayılov Mənsur Yaşar oğlunun qardaşı, Bəhruz İsmayılov bu gün vəfat edib.
Şəhidimizin qardaşı bu gün saat 12:00-da Ərəbcəbirli kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Mənsur İsmayılov 1964-cü ildə Ərəbcəbirli kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra Göyçay şəhəri, 58 saylı Texniki Peşə Məktəbində təhsilini davam etdirib. 1982 ildə əsgəri xidmətə çağırılıb. İlk hərbi xidmətini Rusiyanın Komi şəhərində daxili xidmət batalyonunda keçib. Hərbi xidmətdən sonra bir müddət həmin hərbi hissədə çalışmağa başlayıb.
1986 ildə Vətənə qayıdaraq Mingəçevir şəhərində 69 saylı Texniki Peşə Məktəbinə daxil olub və həmin məktəbi bitirdikdən sonra bir müddət burada əmək fəaliyyəti ilə məşğul olub. 1993-cü ilin martında könüllü olaraq cəbhəyə yola düşüb. O, Tərtər batalyonu tərkibində Ağdərə rayonunun Marquşavan kəndində və digər ərazilərdə gedən döyüşlərdə yaxından iştirak edib. 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsində ağır yaralanaraq şəhid olub. Üç gün sonra doğulduğu kənddə dəfn olunub.
Səbuhi Eltonlu