Azadsöz.az xəbər verir ki, “Qarabağ” komandası futbolçusu Hamidu Keytayla yollarını ayırıb.
Bu barədə klubdan məlumat verilib.
İyirmi doqquz yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub.