Azadsöz.az xəbər verir ki, teleqram messenceri qanuni şirkətlər üçün “Yaxınlıqdakı insanlar” funksiyasını ləğv edib, onu “Yaxınlıqdakı biznes” funksiyası ilə əvəz edib.
Bu barədə Teleqram qurucusu Pavel Durov deyib.
O bildirib ki, öncəki bölmə bir o qədər də effektiv olmadığı üçün digəri ilə əvəzlənib.
Durov eyni zamanda əlavə edib ki, həmin funksiya bot və dələduzluqla da bağlı problemlər yaradırdı.