Azadsöz.az xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Kürdmaşı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Sənani Cəfərov yaşadığı evdə özünü asıb. Onun əsəb xəstəliyindən müalicə aldığı bildirilir.
Məlumata görə, 56 yaşlı kişinin meyitini ailə üzvləri evin qarşısındakı “krosnu” antennasının dirəyindən asılı halda tapıblar.
Mərhum 3 uşaq atası imiş.
Hadisəilə bağlı İsmayıllı rayon Prokurorluğu araşdırma aparır.