Azadsöz.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksəktəzyiqli magistral qaz kəmərinin 83.0-cı km-də 50 p/m uzunluğundan olan yeni çəkilmiş yüksəktəzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi məqsədilə sentyabrın 5-i saat 09:00-dan etibarən işlər başa çatanadək “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex” və “Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Təmir işləri aparılan müddətində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.