Azadsöz.az xəbər verir ki, rayon ərazisində yerləşən “Masallı” qazpaylayıcı stansiyadan qidalanan Qəriblər kəndində 2024-2025-ci illər payız-qış tədbirlər planına uyğun olaraq qaz xətlərini dayaq üzərinə qaldırılması üçün Qəriblər, İsilər, Məmmədrzaküçə və Əzizabad kəndlərinin ümumilikdə 600 abonentin qaz təchizatının 5 sentyabr tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.