22 Noyabr 2024 23:11

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Azadsöz.az xəbər verir ki, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur.

Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul