22 Noyabr 2024 10:46

Azərbaycanda e-sosial platforması yenilənəcək

Azadsöz.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyinin 159 xidmətindən 145-i elektronlaşdırılıb.

Bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, elektronlaşdırılan xidmətlərin isə 56-sı proaktiv şəkildə fəaliyyət göstərir: “Proaktiv mexanizm elektronlaşmanın növbəti mərhələsidir. Çalışırıq ki, digər xidmətləri də proaktiv şəkilə çevirə bilək”.

F. Kərimov bildirib ki, e-sosial platformasından 1,5 milyondan çox şəxs qeydiyyatdan keçib: “Hazırda e-sosial platformasının üzərində müəyyən dəyişikliklər edirik. Yaxın zamanda platformanın yeni versiyasını təqdim edəcəyik”.

İstanbul trv istanbul travestileri