19 Sentyabr 2024 05:03

Gədəbəydə kişinin üzərindən yük maşını keçdi

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Gərgər kəndində qeydə alınıb.

1973-cü il təvəllüdlü Elman Musayev biçənək sahəsində ot preslərini tanışı Maarif Əmiraslanovun “QAZ 3307” markalı avtomobilinə yükləyib. Daha sonra Elman Musayev istirahət etmək məqsədilə avtomobilin arxa təkərləri yanında uzanıb.

Bu zaman Maarif Əmiraslanov avtomobili arxaya doğru hərəkət etdirərək Elman Musayevin üzərindən keçib. Nəticədə Elman Musayev ölüb.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com