19 Sentyabr 2024 04:53

İsmayıllıda əməliyyat keçirildi-Saxlanılanlar Var (YENİLƏNİB)

“Azadsöz.az”  “Qafqazinfo”ya istinadən məlumatına görə, keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.

Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.

****

13:00

Azadsöz.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirirlər.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bələdiyyə və icra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com