Azadsöz.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 5 sürücü saxlanılıb.
Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 20 avtomobil sahibi də saxlanılıb.
Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.