16 Sentyabr 2024 22:53

Saleh Məmmədov yeni yaradılmış baş idarəyə rəis TƏYİN ETDİ

Azadsöz.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni kadr təyinatı olub. 

Bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov əmr imzalayıb.

Belə ki, yeni yaradılmış İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsinə Hacıyev Əli Sabir oğlu təyin edilib.

Qeyd edək ki, Hacıyev Əli Sabir oğlu bundan öncə İqtisadiyyat nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.