23 Noyabr 2024 06:20

Bakıda Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir

Azadsöz.az xəbər verir ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.

“Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” adlı konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən, Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edir.

Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi müzakirə olunur.

Xatırladaq ki, bu tədbir beynəlxalq hüquq çərçivəsində müstəmləkəçilik siyasəti ilə mübarizə aparan xalqlara dəstək göstərən Bakı Təşəbbüs Qrupunun son 1 ildə keçirdiyi 16-cı beynəlxalq tədbiridir.

Mayot adasınından olan Tohiri Mohammed Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib ki, Mayot adası ölümün astanasındadır.

Onun sözlərinə görə, Qəmər xalqı ötən illərdə bir çox fəlakətlər yaşayıb.

“Fransa qondarma sərhədlər yaradaraq Mayot adasında yaşayan eyni kökdən olan xalqların hərəkətinə süni əngəllər yaradıb. Fransa eyni kökdən olan xalqları ayırmağa çalışır. Qamər xalqına tətbiq edilən viza rejimi insanlar üçün ciddi problemlər yaradır. Xüsusilə sağlamlıqla bağlı yaxın ərazilərə getmək üçün belə viza almaq lazımdır”.

Onun sözlərinə görə, Fransanın apardığı müstəmləkə siyasəti nəticəsində minlərlə insan həyatını itirib, minlərlə insan isə ölümlə üz-üzədir.

“İmkan verilmir ki, Qəmər əhalisi rahat şəkildə yaşasın, hərəkət etsin. Vanbuşu əməliyyatında Fransa bir çox silahlı qüvvələrinin hesabına insanların evləri yandırıldı, öldürüldü, insanlar doğma evlərindən qovuldu”.

Komor səfiri Thabit Ahmed Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib ki, Fransa çalışır ki, öz müstəmləkəçiliklərini davam etdirsin. Fransa bu gün daha güclü şəkildə bütün Komor ərazisində müstəmləkəçiliklə məşğuldur.

O qeyd edib ki, Fransa ordusu hələ də Komor ətrafındakı dəniz sularına nəzarət edir.

“Fransa qəmərlilərin öz ərazilərində hərəkətlərinə mane olmaq üçün bunu edir. Bu işğalın daha bir mənfi təsiri odur ki, bu ərazilər hələ də Avropanın diqqətindədir. Fransanın bu ərazidə siyasəti ondan ibarətdir ki, Komor cəmiyyətini parçalasın”.

O vurğulayıb ki, beynəlxalq ictimaiyyətə bütün bu faktlar barədə məlumat verilməlidir:

“Beynəlxalq birlik Fransaya təzyiq göstərməlidir ki, Fransa bu qanunsuz addımlarını dayandırsın. Bu ədalətsizliyə son qoyulsun”.

Komor səfiri Thabit Ahmed Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib ki, biz müstəqil olmaq istəyirik. Fransa komor xalqına qarşı güc tətbiq edərək, onların müstəqillik istəklərini boğmağa çalışır.

Onun sözlərinə görə, Fransadan tələb olunur ki, işğalı dayandırsın.

“BMT tərəfindən Komor müstəqil dövlət olaraq qəbul olunub. Lakin Fransa hazırda yarım əsrdir, qeyri-qanuni şəkildə beynəlxalq hüquqa qarşı çıxaraq öz işğalını davam etdirir”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul