22 Noyabr 2024 11:22

Azərbaycanda iki baş nazir müavini deputat oldu

Azadsöz.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 

25 saylı Nizami seçki dairəsindən 73,2 faiz səslə lider namizəd Əli Əhmədovdur. Ə.Əhmədov 2013-cü ildən bu günə qədər baş nazirin müavini idi. O, II, III və IV çağırış parlamentin deputatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə isə lider namizədlərdən biri Naxçıvanın baş nazirinin müavini Bəxtiyar Məmmədovdur. O, 41 saylı Ordubad şəhər seçki dairəsindən 74,38 faiz səslə öndədir.

B.Məmmədov 2023-cü ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Baş nazirinə müavin təyin edilib. Bundan əvvəl SOCAR-ın Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

İstanbul trv istanbul travestileri