19 Sentyabr 2024 20:21

Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən narkotik aşkarlandı

Azadsöz.az xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Kərimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, həmin şəxsdən 5 kiloqrama yaxın marixuana və heroin aşkarlanıb.

Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com