Azadsöz.az xəbər verir ki, “Azərbaycanın bütün ərazisində keçirilən parlament seçkisinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir”.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “X” hesabında yazıb.
“Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkisinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir. Ümid edirik ki, seçkinin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq”, – o qeyd edib.