20 Sentyabr 2024 08:34

Vətən müharibəsi şəhidinin anası vəfat etdi – FOTO

Azadsöz.az xəbər verir ki, şəhidimiz Sadiqov Rəsul Həşim oğlunun anası Elnarə Sadıqova  vəfat edib.

Mərhum xərçəng xəstəliyindən əziyyət çəkdiyi  bildirilir.

Qeyd edək ki, Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Mehdiabadda dəfn olunub.

Rəsul Sadiqov ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com