Azadsöz.az xəbər verir ki, Göyçay Dövlət Peşə Liseyində tələbələr məqsədli şəkildə uzaqlaşdırılıb, onlara diplom verilmir, kiminsə şəxsi maraqlarının qurbanı olublar.
Belə ki, lisey daxilində ki bir şəxs tərəfindən qərəzli siyahı Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilib. Guya bu tələbələr ilboyu dərslərdə iştirak etməyiblər. Lakin, dövlət sənədi sayılan qrup jurnallarında bu 77 tələbənin hər biri üçün bütün illlik və yarımillik qiymətləndirilmələr aparılıb, həmçinin gündəlik dərslərdə iştirak etmələri qeyd olunub. “Qayıb” limitini aşmayan
tələbələri həmin saxta siyahı əsasında liseydən xaric ediblər.
O zaman sual yaranır ki, 44 məzun hansı səbəblə diplom ala bilmir? Çünki onların hər biri keçirlmiş dövlət buraxılış imtahanlarında iştirak ediblər.Bunu təsdiq edən foto və video görüntülər də mövcuddur.Əgər tələbələr həqiqətən tədris ili müddətində dərslərdə iştirak etməmişdilərsə o zaman niyə istehsalat təcrübəsinə və dövlət buraxılış imtahanlarına buraxılırdılar?
Bu gün valideyn və tələbələr haqlı olaraq, liseyə və digər müvafiq orqanlara müraciət edərək, haqqlarını tələb edirlər. Hər gün lisey kollektivi bunun səbəbkarı ilə valideyn və tələbələrin mübahisəsinə şahid olurlar. Bu əməli törədənlər isə valideyn qarşısında susur. Bəs niyə bu işdə günahkar olan hələ öz işində qalır? Onu da qeyd edək ki , bir müddət bundan əvvəl liseyin mühasibi Laçın Vəliyev və direktor müavini Günel Əhmədova öz ərizələrinə əsasən işdən azad olunublar.Son günlərdə ictimaiyyətdə valideynlərdə çaşdırıcı rəy yaratmaq üçün bunu tələbələrin xaric olunması ilə əlaqələndirməyə çalışsalar da bütün bunlar reallığı əks etdirmir.