Azadsöz.az xəbər verir ki, bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan altı azyaşlı xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. Xilasetmə tədbirləri nəticəsində azyaşlılar xilas edilərək aidiyyəti üzrə təhvil verilib.