Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda yaşıllıq zolaqlarının salınması və müxtəlif növ dekorativ güllərin əkilməsi işləri davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 30 avqust tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən rayonun Heydər Əliyev prospektinin yaşıllıq (xəritənin yanı) ərazisinə növbəti dəfə müxtəlif növ dekorativ güllərin əkilməsi işlərinə başlanıb.
İlkin olaraq əkilməsi nəzərdə tutulan dekorativ güllərin yeri müəyyənləşdirilib, torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi həyata keçirilib. Yeni əkilən, əkilmiş güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, sözügedən əraziyə 250 ədəd liqustr və 70 ədəd xrizantema dekorativ gülü əkilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov