Azadsöz.az xəbər verir ki, İsmayıllıda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Eldar Abbasov və Əcəb İsmayılovu saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatında görə, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.