Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 30 avqust 2024-cü il tarixində Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Ağdaş və Göyçay rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Q
əbula gələn vətəndaşların qeydiyyatı 29 avqust 2024-cü il tarixində Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az