20 Sentyabr 2024 01:49

Sabir bağında suvarılma işi aparılıb-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 29 avqust  2024-cü il  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən  rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən M.Ə. Sabir  bağında suvarılma işi aparılıb.

Qeyd  olunan  küçələrdən keçən  arxdan pompa vasitəsilə su götürülərək   əkilmiş  müxtəlif növ ağaclar  suvarılıb və aqrotexniki qulluq olunub.

Qeyd  edək ki, Şəhər Təsərrüfatı Birliyi  tərəfindən  əkilən  dekorativ  güllərə  və  ağaclara  yay mövsümi işlərinin aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com