20 Sentyabr 2024 04:04

Qubada qəzada xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)

Azadsöz.az  xəbər  verir  ki, Qubada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Yaralılar – Quba rayon sakinləri –  1978-ci il təvəllüdlü Ağazadə Arzu Arif qızı, 1990-cı il təvəllüdlü Əlisultanov Tural İlham oğlu, 1971-ci il təvəllüdlü Hacıyeva Aliyə Böyükağa qızı, 2001-ci il təvəllüdlü Paşayev Kamal Mübariz, 1963-cü il təvəllüdlü Yunusova Gülarə Hüsyinbala, 2001-ci il təvəllüdlü Kamalov Elmar Məhəmməd oğlu, 1979-cu il təvəllüdlü Səfərəliyeva Gülbikə Bayram qızı, 1967-ci il təvəllüdlü Məmmədova Pərvanə Sədrəddin qızı, 1987-ci il təvəllüdlü Əlisultanova Gülnar Arif qızı, 2003-cü il təvəllüdlü Əhmədov Sərxan Ruslan qızı, 1962-ci il təvəllüdlü Gülbalayeva Qənilə Xanbala qızı, 1957-ci il təvəllüdlü, Mirişova Əzimə Həbib qızı, 1963-cü il təvəllüdlü Rüstəmova Zenfira Məmmədşah qızı, Xaçmaz rayon sakinləri – 1965-ci il təvəllüdlü Əmrahov Elsevər Davud oğlu, 1980-ci il təvəllüdlü Xasiyeva Rəvanə Azadə qızıdır.

Xəsarət alanların hamısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

 

***
11:05

Azadsöz.az  xəbər  verir  ki, avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***
09:00

Azadsöz.az  xəbər  verir  ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Ford” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com