16 Sentyabr 2024 23:00

Goranboyda ev yandı

Azadsöz.az  xəbər  verir  ki, rayonun Veyisli kəndində 3 otaqlı evdə  yanğın hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Goranboy Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki,  ümumi sahəsi 64 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.