“Magistral su xəttində təmir-bərpa işləri aparılacaq”.
Bu barədə “Azadsöz.az”a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 30 avqust gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar Xətai rayonunun Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Neftçilər prospekti, Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.
Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq.
Müvəqqəti narahatlığa görə üzr istəyirik.