Azadsöz.az xəbər verir ki, “Azəriqaz” İstеhsаlаt Birliyinin məlumatına əsasən 28 avqust 2024-cü il tarixdə “Təmiz Qaz” Xidməti tərəfindən saat 09:00-dan rayonun Bığır, Çaxırlı, Bəydövül, Qarabaqqal, Hacalıkənd, Çayarxı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Cəyirli, Kürdəmiş, Qubadlı Şıxlı, Türkmən, Potu, Kürd, Qızılağac, Şəkili, Mollahacılı, Mırtı, Alıkənd, Yalman, Qaraman, Şəkər, Qaraxıdır, Kürdşaban, Yenikənd və Ləkçılpaq kəndlərində mavi yanacaqla təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.
Qeyd edək ki, fasilənin yaranmasına səbəb daşıyıcı qaz kəmərlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, qaz siyirtmələrində profilaktiki təmir aparılması ilə əlaqədardır.