“Azadsöz.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib.
Əməliyyatla büronun müdiri Abdullayev Rəşad Tapdıq oğlu və bir vəkil saxlanılıb.
Vəkillər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər. Hələ ki, əməliyyatın detalları barədə rəsmi məlumat verilməyib.