Azadsöz.az xəbər verir ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 28-dən Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi”nədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
AYNA-nın bildirilib ki, məhdudiyyətlə əlaqədar 29 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti alternativ olaraq Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə və Akim Abbasov küçələri ilə təşkil ediləcək.