Azadsöz.az xəbər verir ki, avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə XİN-dən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.