Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Ulaşlı Şıxlı kənd sakini, I Qarabağ müharibəsində şəhid olmuş Məmmədov Aydın Nüsrət oğlunun bacısı Məmmədova Mənsurə Nüsrət qızı ötən gün 58 yaşında vəfat edib.
Qeyd edək ki, şəhidimizin bacısı doğulduğu kənddə dəfn edilib.
Xatırladaq ki, Məmmədov Aydın Nüsrət oğlu 1973-cü ildə Göyçay rayonunun Ulaşlı Şıxlı kənində anadan olub.1992-ci ilin aprelində hərbi xidmətə çağırılıb. Ağdamın Xıdırlı kəndi uğrunda gedən ağır döyüşlər zamanı düşmənin atdığı qumbaraatan mərmisindən ağır yaralanaraq şəhid olub.Doğulduğu kənd qəbiristanlığında dəfn olunub.
Səbuhi Eltonlu