Azadsöz.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

O bildirib ki, həssas, dramatik, faciəvi məqamlara toxunmaqla — övladınız, yaxud nəvəniz tutulub, ağır qəza keçirib, ölüm ayağındadır, reanimasiyadadır, – deyə yalan xəbər verib təcili pul tələb edirlər:

“Həmin pul vəsaiti kuryer vasitəsilə ələ keçirilərək xarici bank hesablarına köçürülür. Hər bir vətəndaş diqqətli olmalı, ahıl yaşlı ailə üzvlərini bu barədə məlumatlandırmalı, şübhəli telefon zənglərinə qarşı ehtiyatlı davranmalıdır”, – deyə DİN rəsmisi qeyd edib.