20 Sentyabr 2024 07:57

“Qarabağ” – “Dinamo” matçı məşhur hakimə tapşırıldı

Azadsoz.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Oyunu tanınmış referi Maykl Oliver idarə edəcək. Maykl Oliver DÇ-2022 və Avro-2024-ün final mərhələsinin oyunlarını idarə edib.

Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.  VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo”  oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə “Dinamo” 3:0 hesablı qələbə qazanıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com