20 Sentyabr 2024 13:23

DİM sədri ali məktəblərə qəbul olmuş şəxslərə çağırış etdi

Azadsoz.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olunanlar müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməsə onun əmri ali məktəbə göndərilməyəcək.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər:

“Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”.

O həmçinin əlavə edib ki, avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com