Azadsoz.az xəbər verir ki, Şirvan şəhərində 2 otaqlı evdə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şirvan Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.