20 Sentyabr 2024 13:35

Deputatlığa namizəd Nəsiman Yaqublu ağır qəza həyatını itirdi-FOTO

Azadsöz.az xəbər verir ki, Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən  verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.

Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.

 

***
19:38

Azadsöz.az xəbər verir ki, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb. N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***
19:10

Azadsöz.az xəbər verir ki,  Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairədindən deputatlığa namizədi, professor Nəsiman Yaqublu Zəngilandan seçicilərlə görüşdən qayıdarkən ağır yol qəzasına düşüb. 

Bu barədə Arif Hacılı məlumat yayıb.

N.Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com