Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun H.Z.Tağıyev küçəsində yaşayan Birinci Qarabağ müharibəsi veteranı Rəşad Niftalıyevin anası Niftalıyevə Nübar Abduləhəd qızı bu gün səhər saatlarnda vəfat edib.
Bu barədə Rəşad Niftalıyevin döyüş yoldaşı Göyçay şəhəri N.Gəncəvi adına 7 saylı tam orta məktəbin hərbi müəllimi, l-ci Qarabağ müharibəsinin iştirakçısı Elşən Süleymanov Azadsöz.az-a bildirib.
Qeyd edək ki, R.Niftalıyev 1992 -1996- cı illərdə Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib.Laçın,Ağdərə, Murovdağ, Ağdam, Beyləqan döyüşlərində xüsusi igidlik nümayiş etdirərək, yaralanıb.