23 Noyabr 2024 03:15

Azadsöz.az-ın əməkdaşı Gülşən Muradova İsmayıllının Qarakolluq kəndində Kalağayı hazırlanan məkanda-FOTOLAR

Azadsöz.az xəbər verir ki, sizləri tarixi  köklərimizə  bağlı  olan və  milli -mənəvi  dəyərlərimizi  qoruyub  saxlayan  gələcək nəsillərə tarix  kimi  ötürən Azərbaycanın dilbər guşələrindən biri olan  İsmayıllı  rayonunun Qarakolluq  kəndi ilə  tanış  edəcəyəm.  Bu kəndin  tarixindən danışmayacam.Sözügedən  kənddə  olan Kalağayı  sexi və  kalağayının hazırlanmasının əyani şahidi  olacaqsınız. Bu  sexdə  incəlik və zəriflik nümunəsi olan qədim zamanlardan günümüzədək xanımlarımızın sevimli aksesuarı kimi  qorunub  saxlanan   kalağayının hazırlanması insana  zövq verir.

Bu  sexdə  hazırlanan  kalağaylıların nə  yaşından  xəbərimiz  var  nə  də rənglərin  sehrindən, cazibəsindən. Yüz illərdi  bizimlə  yol  gəlir kəlağayi.Azərbaycan qadının  gözəlliyinə  bir  sirr,  şuxluq və   bənzərsizlik qatır  qiymətli  sərvətimiz.Bu zərif  örpək  insanlarımız  tarixi  yaddaşıdır.Bu günə  kimi İsmayıllı kəlağayısı  deyiləndə Basqal yada düşürdüsə  bundan  sonra  Qarakolluğunda  adı  çəkiləcək.Bu  sexdə  əsil  istehsalat mühiti yaradılıb.İpəyin  alnmasından  tutmuş  son prosesə  kimi həyata  keçirilir.Azərbaycanı  neftdən  əvvəl dünyaya  tanıdan ipək. Parçaların ən zərifi, ən naziyi həmdə ən möhkəmidi hazırlanan kalağaylılar.Kalağayının  boyanması  çox  maraqlıdır. Daha  çox  milli ornametimiz olan  Butanı kəlağayının  üstünə  vurulması  tariximizin yaşamasına  töhfədir. Kalağayını  əsasən kişilər  hazırlayırlar.  Bu  sexdə  isə  mənzərə  daha fərqlidir.Burda  çalışan xanımların zərif əllərinin  toxunuşu  ilə  ərsəyə  gəlir  kalağaylılar.

Gəlin unutmayaq ki, bu cür məkanları çəkib göstərmək , yaddaşımızı təzələmək və tariximizi qorumaq hər birimizin borcudur. Azərbaycan adətlərinə xüsusi rəng qatan bir  sexlə sizləri  tanış  etdim. Gəlin irsimizi  və  milli dəyərlərimizi  qoruyaq.Çünki,  yaddaşımızı təzələmək və tariximizi qorumaq hər birimizin borcudur.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul