Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova tələbə adını qazanıb.
Bu barədə şəhid xanımı Azadsöz.az-a açıqlama verib.
O bildirib ki, Naxçıvan Dövlət Universitetinin “Tarix” ixtisasına qiyabi qəbul olub.
Qeyd edək ki, polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri İkinci Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 30-da Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib.Göyçay şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilmişdir.
Şəhid Vidadi Xəlilov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Səbuhi Eltonlu