23 Noyabr 2024 07:54

Daha 4 müəssisədə məhkumlara ödənişsiz hüquqi yardım GÖSTƏRİLİB

Azadsöz.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi prosesi davam etdirilir.

Avqustun 22-də Penitensiar Xidmətin 1, 6, 15 saylı cəzaçəkmə müəssisələrində və Müalicə müəssisəsində saxlanılan ümumilikdə 100 nəfər məhkum yaradılmış bu imkandan istifadə edib.

“Femida”, “Kredo”, “Universal”, “Union” və “Faiq Nağıyev və Partnyorları” Vəkil bürolarının vəkilləri tərəfindən onlara mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Xatırladaq ki, tədbirlər Planına uyğun olaraq, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul