20 Sentyabr 2024 14:33

Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com