“Azadsöz.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xocalı soyqırımı zamanı rayonun prokuroru işləmiş Atakişi Atakişiyev vəfat edib.
O, 40 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş A.Atakişiyev ötən gün dünyasını dəyişib. O, İmişli rayonunda dəfn ediləcək.
Qeyd edək ki, üç ilə yaxın Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev soyqırımıdan bir neçə gün əvvəl o vaxtkı dövlət rəhbəri Ayaz Mütəllibova vurduğu teleqramla gündəmə gəlmişdi.