23 Noyabr 2024 07:54

Braziliya hakimiyyəti “WhatsApp”dan imtina edəcək

Azadsöz.az xəbər verir ki, Braziliya hökuməti məlumat sızması təhlükəsi ilə əlaqədar “WhatsApp” messencerindən istifadəni dayandırmaq niyyətindədir.

“Brasil247” portalına istinadən xəbər verir ki,  bu barədə Braziliyanın Sənaye İnkişafı Agentliyinin rəhbəri Rikardo Kapelli məlumat yayıb.

Onun sözlərinə görə, ölkənin hakimiyyət orqanları məlumat ötürülməsinin təhlükəsizliyini artırmaq məqsədilə analoji milli mesajlaşma platformasının hazırlanması üçün tender elan edəcək.

“X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində Kapelli də qeyd edib ki, bu yolla Braziliya öz suverenliyini qoruyur və Amerika messencerinin ölkədə qadağan edilməsindən söhbət gedə bilməz.

Bundan əvvəl, avqustun 6-da Venesuela prezidenti Nikolas Maduro “Telegram” və “WeChat”ın xeyrinə “WhatsApp”ın istifadəsindən imtina edəcəyinə söz vermiş və tərəfdarlarını da eyni addımı atmağa çağırmışdı.

Ankara escort İstanbul Travesti Shemale İstanbul