Məlum olduğu kimi, 1 sentyabrda ölkədə VII çağırış Milli Məclisin formalaşması üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda namizədlərin təşviqat kampaniyası davam edir.
Azadsöz.az xəbər verir ki, 89 saylı İsmayıllı Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq 20 avqust 2024-cü il tarixində seçiciləri ilə növbəti 39-cu görüşünü İsmayıllı rayonunun Gülüstan Şadlıq Sarayında keçirib.Görüşdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon sakinləri iştirak ediblər.
Novruz Aslan görüşə gələn seçiciləri salamlayıb və öz platformasından danışıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində ölkəmizin əldə etdiyi uğurları vurğulayıb.O, cümlədən 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, bu zəfərdə ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini diqqətə çatdırıb.
Novruz Aslan çıxışında ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışıb. Seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb və onların sualları cavablandırıb.
Seçicilər seçkilərdə fəal iştirak edəcəklərini bildirdilər.
Səbuhi Eltonlu
Zəka Nağıyev