10 Noyabr 2024 09:51

Polad Bülbüloğlunun səfir fəaliyyəti YEKUNLAŞDI

Azadsöz.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

Bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.

“Mən Moskvada 18,5 il işləmişəm, bu, diplomatik xidmət üçün çox şeydir və indiki mərhələdə mənə öz doğma Şuşamı parlamentdə təmsil etmək daha düzgün olardı. Qarabağ işğaldan azad edilməsindən sonra deputat olmaq mənim üçün böyük şərəfdir, ümid edirəm ki, məni seçəcəklər. Allah nə qədər ömür verib, onu xalqıma və doğma yurdumun təbiəti ilə ünsiyyətə həsr etmək istəyirəm”, – P.Bülbüloğlu deyib.

O, müsahibəsində atası, görkəmli opera müğənnisi BülBülün Şuşada anadan olduğunu xatırladıb:

“Mən onun dağıdılmış evini bərpa etdim, indi orada ev-muzey var, şadam ki, indi Şuşaya çoxlu turistlər gəlir və Bülbülün ev-muzeyini ziyarət edir”, – P.Bülübüloğlu qeyd edib.

İstanbul trv istanbul travestileri