Azadsöz.az xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan usta aktyor Aydemir Akbaş 88 yaşında dünyasını dəyişib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
O, müalicə aldığı xəstəxanada vəfat edib.
Aydemir Akbaş kinoya 1964-cü ildə rejissor Atıf Yılmazın çəkdiyi “Keşanlı Ali Destanı” filmi ilə daxil olub.